“Sənin kimi rüşvətxorların...” - Efirdə deputatlığa namizədə şok sözlər - Video

“Sənin kimi rüşvətxorların...” - Efirdə deputatlığa namizədə şok sözlər - Video

Tanınmış prodüsser, aparıcı Tarix Əliyev (Tolik) adını çəkmədən depuatatlığa namizədə sərt ismarıc yollayıb. 

Sfera.az xəbər verir ki, Tolik idmançıların pulunu kəsmək istəyən namizəd haqda sərt fikirlər səsləndirib:

"Bəzən görürəm bir-iki deputatlığa namizəd var, ona cavab vermək istəyirəm. Mənə adını demək olmaz. Amma gördüm deyir ki, bu nədir, idmançılara 20-30 min pul verirsiniz, amma camaat burada acından ölür. Ay mən deyən, sən guya deputat olsan, çıxardıb 5 manat verəcəksən xalqın nümayəndəsinə? O idmançı illərini verib, 10 il, 20 il məşq edib, kasıbçılıqla, kirayə qala-qala gəlib bir medal qazanır, ona dövlət pul verir, bu da girib sənin kimi rüşvətxorların gözünə. Sənin deputat olmağındansa, olmamağın məsləhətdir. 

 

Görürəm deyir ki, "Mən depuatat olsam, idmançıların pulunu kəsəcəyəm. Milli məclisdə deyəcəyəm ki, idmançılara o qədər pul verilməsin”. İdmançıların qadası sənin ürəyinə olsun, sən deputat olmayacaqsan! İlhamə Quliyeva demiş, boynunun ardını görəndə deputat olacaqsan. Çünki kasıb ildə bir dəfə tərlə, o 3 dəqiqə yarışmada canını qoyur.  Erməniyə uduzmaq var, onlar üçün bilirsiniz necə böyük travmadır? Onlar 10-15 min pul alır, o da girib sənin gözüvə. Amma demirlər ki, sənin kimilər gəlir deputat olandan sonra o dükana, bu dükana "day-daylıq” edir, ayda 10 min ordan alır. Ona görə də sən boynunun ardını görəcəksən!” (yeni sabah)



 


OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...