“Yaşlılar özlərini meymun yerinə qoyublar...” – Nadir yenə gözünü yumdu

“Yaşlılar özlərini meymun yerinə qoyublar...” – Nadir yenə gözünü yumdu

Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, "Show news”a danışan ifaçı özünü tərifləyən həmkarlarına Maykl Ceksonu misal göstərib:

"Hamı məni sevə bilməz. Deməli artıq həyat, yaradıcılıq sona çatıb. Heç Maykl Cekson demirdi ki, məni dünya sevir. Onu da sevməyənlər var idi.

N.Qafarzadə sənəti, səsi olmayan həmkarları barədə də sərt danışıb:

"Onlar sənətkar deyillər, sənətdən kar olanlardır”.

Müğənni yaşlı İnstaqram istifadəçilərinin paylaşımlarından da xeyli gileylənib:

"İnstaqramda paylaşımlar o qədər şit olub ki, "Tik-Tok”lar çəkirlər. Gəncləri bildik, yaşlılar özlərini meymun yerinə qoyublar. Əvvəllər ağbirçək, ağsaqqallardan gənclər nümunə götürürdü. İndi bəzi yaşlı insanlar özlərini qoyublar pis vəziyyətlərə. Adam utanır ki, onlara ağsaqqal desin”.

Sosial şəbəkədə onu tənqid edənlər haqqında isə ifaçı bunları deyib:

"Əvvəllər mənə tənqid və təhqir yazanlara cavab verirdim. Daha sonra düşündüm ki, cavablandıraraq onları sevindirməyim. Misal var, it hürər məsələsi.... Tənqidləri silmirəm, yüz dənə tərifləyən olanda qoy ikisi də pisləsin”. (teleqraf.com)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...