“Ancaq cib fikirləşirlər” - Özünə klub tapa bilməyən 17 yaşlı futbolçumuz karyerasını bitirdi

“Ancaq cib fikirləşirlər” - Özünə klub tapa bilməyən 17 yaşlı futbolçumuz karyerasını bitirdi

Azərbaycanlı qapıçı Cavid Qurbanov karyerasını bitirib.

Sfera.az xəbər verir ki, bu barədə 17 yaşlı futbolçu özü məlumat verib. Klub tapa bilməyən qolkiper karyerasını bitirmək qərarına gəlib. O, futbolla vidalaşması ilə bağlı bu sözləri deyib: "Bu gün, sabah əsgər olacağam. İnşallah hərbidə qalacağam”.

Futbolçu ona karyerasını bitirməməli olduğunu və uzun müddət sonra bu addımına görə peşman olacağını deyən şəxslərə belə cavab verib:

"Evdə mübarizə olur ki? Mübarizə klublarda olur. O da yoxdur. Vəssalam. Olmayan futbola görə peşman olmaq? "Səbail” bu gün mənə yalandan cavab yazdı ki, guya hər yaşda 4 qapıçı var. Mən bilmirəm ki, harda nə var? Kim kömək edəcək ki? Kim var ki? Hamısı cib fikirləşir. Azərbaycanda olan futbolçuların 80 faizi siqaret çəkir. Bəh-bəhlə dəvət edirlər. Siqaret çəkmirəm, içki içmirəm, mənə yer yoxdur. Lənətə gəlsin bunların hamısını. Tüpürəsən belə futbola.

Qeyd edək ki, onun son klubu "Kəpəz”in 17 yaşlılardan ibarət komandası olub. (yeni sabah)

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...