Ronaldu "İnstaqram"ın "kral"ı oldu

İdman
22:45 / 30.01.2020
7405
"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun "İnstaqram" izləyicilərinin sayı 200 milyon nəfərə çatıb.
Sfera.az qol.az-a istinadən xəbər verir ki,portuqaliyalı ulduz belə göstərici ilə dünyada bu saya çatan ilk şəxs olub.
Ronaldonun ən yaxın izləyiciləri isə müğənni Ariana Qrand ( 173 milyon) və aktyor Duan Consdur ( 170 milyon).
Qeyd edək ki, "Barselona"nın kapitanı Lionel Messini isə "İnstagram"da 141 milyon insan izləyir.