Leyla Quliyeva: “Avroviziya” üçün mahnı qəbulunu açıq elan edirik - VİDEO

Leyla Quliyeva: “Avroviziya” üçün mahnı qəbulunu açıq elan edirik - VİDEO

Hamı bir ağızdan söyləyirdi ki, "Avroviziya”da səslənən mahnı xarici deyil, məhz Azərbaycan müəlliflərinin olsun. Azərbaycan müəlliflərinə bir yol açılsın, şans yaradılsın ki, onlar da müəyyən fikirlərini çatdırsınlar.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycanın "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbəri Leyla Quliyeva İTV-nin səhər proqramında deyib.

"Biz bu il mahnı qəbulunu açıq şəkildə elan etdik. Hamı özünü sınaya bilər. Hamı "Avroviziya” səhnəsində ifa edəcəyimiz mahnının nə cür olacağını diktə edə bilər. İctimai televiziya olaraq heç bir sərhəd, heç bir çərçivə qoymamışıq. Mütləq ballada və ya ritmik mahnı olsun deyib, müəlliflərin önlərinə sərhəd çəkməmişik. Yaradıcılıq üçün məkan açıqdır,” - deyə, L.Quliyeva vurğulayıb. 

Daha sonra L.Quliyeva mahnı seçimlərinin fevral ayının yeddisinə kimi davam edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildə olduğu kimi, "Avroviziya” beynəlxalq musiqi yarışmasının birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...