Aygün Kazımovanın gizli keçən ad günü məclisi - FOTO/VİDEO

Aygün Kazımovanın gizli keçən ad günü məclisi - FOTO/VİDEO

Yanvarın 26-da 49 yaşını qeyd edən Xalq artisti Aygün Kazımova ötən axşam paytaxt restoranlarının birində gizli şəkildə özünə dəbdəbəli ad günü məclisi keçirib.

Sfera.az xəbər verir ki, pop divanın şad gününə yaxın dostları və sənət yoldaşları qatılıb. Onlar arasında müğənnilər Dilarə Kazımova, Rəhim Rəhimli, teleaparıcı Hacı Nuran Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair Cəlal Qurbanov və başqaları iştirak ediblər.

Qeyd edək ki, ad gününü mediaya açıq və təmtəraqlı şəkildə qeyd edən A.Kazımova 2018-ci ildən bəri bu ənənəsini pozub. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR