“Qəbələ”dən ayrılıb Yunanıstan klubuna keçdi - Rəsmi

İdman
13:50 / 30.01.2020
3058
"Qəbələ”dən ayrılan İbrahima Niassenin yeni klubu müəyyənləşib.
Sfera.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Yunanıstanın "Lamiya" klubu ilə anlaşıb.
2019-cu ilin oktyabrında "qırmızı-qaralar”la mövsüm sonuna kimi müqavilə imzalayan 31 yaşlı futbolçunun hansı səbəbdən müqaviləni dayandırması bilinmir.
Qeyd edək ki, İbrahimma 2013/14 mövsümündə də "Qəbələ”də oynayıb. (yeni sabah)