Bundesliqa klubunda baş məşqçi istefası

İdman
22:15 / 29.01.2020
7040
Almaniya Bundesliqa təmsilçisi "Fortuna" baş məşqçisi Fridhelm Funkeli istefaya göndərib.
Sfera.az qol.az-a istinadən xəbər verir ki,buna komandanın bu mövsüm qeyri-kafi nəticələri səbəb olub.
Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2016-cı ildən Düsseldorf təmsilçisini çalışdırırdı.
Əlavə edək ki, "Fortuna" hazırda ölkə çempionatında 15 xalla 18-ci-sonuncu pillədə qərarlaşıb.