Xesus Bueno: Azərbaycanla müqavilənin müddəti dörd illikdir

Xesus Bueno: Azərbaycanla müqavilənin müddəti dörd illikdir

Londonda Junior NBA üzrə dünya çempionatı keçiriləcək. Çempionatda Junior NBA Liqasının qaliblərinin basketbolçuları iştirak edəcəklər. May ayında seçim aparılacaq. Ən yaxşı komandaları Londonda keçiriləcək dünya çempionatına aparacağıq. 

Sfera.az xəbər verir ki, bunu NBA-nın Avropa, Afrika və Yaxın Şərq üzrə vitse-prezidenti Xesus Bueno deyib. 

İspaniyalı qonaq Azərbaycan Basketbol Federasiyası ilə bağlanan müqavilənin müddətindən və dünya çempionatına basketbolçuların seçimindən danışıb:

"Hazırda dünya üzrə 80-dən çox liqa keçirilir. Azərbaycanla müqavilənin müddəti dörd illikdir. Bu layihənin əsas məqsədi istedadlı məktəbli basketbolçuları aşkar etməkdir. 

Dünya çempionatı üçün seçimlərdə hansı basketbolçularınızın düşərgədə iştirakı yerli federasiyadan asılıdır. Onlar hansı basketbolçunun güclü olduğunu bizə söyləyəcək. Bundan sonra həmin basketbolçular düşərgəyə aparılacaq və biz seçim edəcəyik. Seçilsələr Avropa komandası adı ilə Londondakı dünya çempionatında iştirak edə biləcəklər”. (oxu.az)




OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...