Ağsu dolayları yenidən qurulacaq

Ağsu dolayları yenidən qurulacaq
"Yaxın gələcəkdə Ağsu dolaylarının yenidən qurulması planlaşdırılır, artıq bununla bağlı layihə hazırdır. Layihə razılaşdırılaraq təsdiqlənməli, maliyyə məsələsi həll olunmalıdır. Layihəyə əsasən, Ağsu dolaylarında iki hərəkət zolağından ibarət yol genişləndiriləcək, avtomobil yolu üç hərəkət zolağından ibarət olacaq”.

Bunu APA-ya açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

A. Nəcəfli bildirib ki, layihə tam reallaşandan sonra Ağsu dolaylarında ağır tonnajlı yük maşınlarının hərəkəti də tam təmin olunacaq: "Şamaxının Şərədil kəndinə qədər yol çəkilib. Şərədil kəndindən sonra Ağsu dolayları başlayır və oradan başlayaraq dolayların yenidən qurulması nəzərdə tutulub”. 

A. Nəcəfli Ağsu dolayında yük maşınlarının hərəkətinin qadağan olunduğunu, bununla bağlı müvafiq işarə qoyulduğunu da qeyd edib. Buna baxmayaraq, həmin dolaylarda yük maşınları yenə də hərəkət edir: "Əvvəllər yolun yuxarı hissəsində dövlət yol polis postu vardı, yük maşınlarına nəzarət edilirdi. Sonra o post götürüldü, indi o yolda nəzarətsiz qalan yük maşınları da hərəkət edir”. 

Sürüşmə sahələrinin aktiv olduğu Ağsu dolaylarında yolun genişləndirilməsi və yük maşınlarının intensiv hərəkətinə icazə verilməsinin nə dərəcədə məqsədəuyğun olmasına gəlincə, A. Nəcəfli layihədə bütün məqamların nəzərə alındığını vurğulayıb: "Layihədə tək yolun çəkilişi deyil, sürüşmə ilə bağlı məsələlər də nəzərə alınacaq. Aktiv sürüşmənin olduğu ərazilərdə qabaqlayıcı tədbirlər görüləcək. Məsələn, hazırda sürüşmə baş vermiş Şərədildə sürüşmənin qarşısının alınması üçün svaylar vurulur, müvafiq tədbirlər görülür. Ağsu dolayının genişləndirilməsi zamanı da qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Dünyada çoxlu sayda yol var ki, sürüşmə zonalarından keçir, bu yolların çəkilişi zamanı qabaqlayıcı tədbirlər layihələrdə nəzərdə tutulur və yollardan problemsiz istifadə edilir”.

A. Nəcəfli onu da qeyd edib ki, Şərədlidə sürüşmə yeni çəkilmiş avtomobil yolunun qurtaracağında, Ağsu dolaylarına keçid hissədə baş verib: "Əvvəllər o yolda sürüşmə olmayıb, yol çəkilən zaman da ora sürüşmə zonası kimi qeydə alınmayıb. Həmin hissə də bərpa olunaraq istifadəyə veriləcək”. 

A. Nəcəfli hazırda Ağsu dolaylarına alternativ yolun çəkilməsinin iqtisadi əsaslandırmasının araşdırıldığını da nəzərə çatdırıb: "Ola bilsin, gələcəkdə Ağsu dolaylarına paralel olaraq yeni avtomobil yolu çəkilsin. Şamaxının Muğanlı kəndindən birbaşa Ağsuya çıxacaq yolun çəkilməsi ilə bağlı təklif var”. 

Qeyd edək ki, fevralın 27-də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşib.

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da hər kəsi sevindirəcək FUNKSİYA: Yeni düymə əlavə edildi

“WhatsApp” musiqili yeniliyi istifadəyə verib. Sfera.az xəbər verir ki, bundan əvvəl “WhatsApp”ın beta versiyasında müşahidə e...

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan ...

Qızıl və gümüş BAHALAŞDI

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.33% artaraq 3,317.02 ABŞ dollarına bərabər olub. Sfera.az xə...

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instaqram" hesabında 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib. ...

Prezident və xanımı Fəxri xiyabanda...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. &n...

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...