Əvvəl nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” - Video

Əvvəl nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” - Video

ARB TV-nin "Rezonans” proqramında bu dəfə 1974-cü il təvəllüdlü Hüseynova Şərqiyə Musa qızı öz həyat hekayəsini danışıb.

Hüseynova Şərqiyə Musa qızı – Məhkum (18 il): "Ailədə 6 uşaq olmuşuq. Qardaşımın biri vəfat edib. Həyat yoldaşım bir neçə il Rusiyada olub. Mən də göyərti satıb uşaqlarımı böyütmüşəm. Yoldaşım gələndən sonra avtobusda işlədi, sonra Türkiyəyə getdi.


Oğlum ailə qurduqdan sonra Bakıda yaşamaq istədilər, gəldilər Bakıya. Dedim kəntdə yaşayaq, dedi ki, yox, qız Bakıda qalmaq istəyir. Mən kəntdə qaldım, atamgilin mal-qarasını bəsləyirdim. Sonra oğlum gəldi dedi ki, gedək Bakıya, bizimlə yaşa.

Gəldim gördüm ki, oğlum 200 manata kirayə qalır. Qazandığı pul heç yeməyimizə kifayət etmirdi. Bir gün çiməndə gəlinim gəldi, dedi ki, səni özüm çimizdirəcəm. Suyu açdı az qalmışdım boğulum.

Sonra gəldim, dedim uşağı ver oynadım. Mənə dedi ki, sən uşaq saxlamısan ki? Uşağı anam saxlayıb. Uşağı mənə vermədi oynatmağa. Başladıq uşağı çəkişdirməyə. Körpə qız uşağı əlimizdən düşdü, öldü. Gəlinim də uşağı götürüb qaçdı həyət boyu. Bükdüm uşağı gətirdim otaqda ağladım.

Gəlinə əsəbiləşdim, bir–iki sillə vurdum ki, sənə bu lazım idi, bunu istəyirdin? Məni kəntdən buna görə gətimişdiniz? Bu da yerdən daş götürdü vurdu başıma. Başımda izi də qalıb, yarıldı başım, qan üzümü-gözümü tutdu. Mən də daşı əlindən aldım onun başına vurdum. Bir dəfə vurdum, iki dəfə vurdum gördüm yıxıldı, özündən getdi. Qaçıb su gətirib üzünə vursam da ayılmadı.

Polislər məni götürüb gətirdilər bura. Uşaqlarım, qızımla oğlum epilepsiya xəstələridir. Bir qəpiyimiz də yoxdur. Yanıma gəlib-gedən də yoxdur. Mən burda pulsuz necə oturum? 18 il həbs cəzası veriblər, 4 ayım hələ bir neçə aydan sonra tamam olacaq.

Törətdiyim əmələ görə çox peşmanam, məni bağışlayın. O mənim can-ciyərim idi, o qızı mən oğluma almışdım. Qızımı yad oğlana ərə vermişdim, oğluma da qohum aldım ki, heç olmasa bir dənə də qohumum olsun. Bu da mənim başıma belə oyun açdı.

Hərdən özümü pis hiss edirəm, iynələr vurulur, özümdə olmuram, torpaq yeyirəm, murdar yerdən su içirəm. Arzum odur ki, məni buraxsınlar, günahımı bağışlasınlar gedim müalicə olunum. (musavat.com)


OXŞAR XƏBƏRLƏR

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...