“Beşiktaş”da Sərgən şoku - Baş məşqçi komandanı yalnız buraxacaq

Türkiyənin "Beşiktaş” klubu baş məşqçi postuna yeni təyin edilmiş Sərgən Yalçının keçidini rəsmiləşdirə bilmir.
Sfera.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin illik maliyyə limitini keçməsidir. 2019-cu ildə Abdullah Avcı ilə 3 illik müqavilə imzalayan, bu ilin əvvəlində isə onu göndərən "ağ-qaralar”ın hazırda 56 yaşlı mütəxəssisə ödəməli olduğu borcu var. Poblemin həll olunması üçün "qaratallar” heyətindəki hansısa futbolçunu satmalıdır. Yalnız illik xərcləmə limitə uyğun gəldikdən sonra klub S.Yalçının keçidini rəsmi olaraq açıqlaya bilər.
Keçid rəsmiləşmədiyi üçün baş məşqçi komandanın bugünkü məşqində də iştirak edə bilməyəcək.
Qeyd edək ki, 47 yaşlı çalışdırıcı ilə 1.5 illik müqavilə imzalanıb. Onun son klubu "Yeni Malatyaspor” olub. (yeni sabah)