“Bütün xərclərimi onlar ödədi...”

“Bütün xərclərimi onlar ödədi...”

"Bir müddətdir istirahət edirdim, xarici ölkələrdə idim İndi Azərbaycana gəlmişəm. Düşündüm ki, gəlib bir az görünüm. Martın sonunda konsert keçirəcəm, 1 həftə sonra yenidən istirahətə gedəcəm”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında Namiq Qaraçuxurlu bildirib.

Meyxanaçı vurğulayıb ki, yenidən istirahətə yola düşəcək:

 "Uzun müddətdir istirahət etmirdim. Yay fəslində belə özümə vaxt ayırmırdım. Bunların hamısı yığıldı, fikirləşdim ki, bir müddətlik ölkədən uzaqlaşım. Səfərlərim sırasında Çin də var idi. Yəqin ki, ora çatma vaxtı hər kəsə məlumdu, çox uzaqdı. Düşündüm ki, bir də buraya gəlməyəcəm, bir azda artıq qalım. Çində insanlara həm qazanmaq, həm də yaşamaq üçün böyük şərait yaradıblar. Orada hər şey ucuzdu. Hələ Şanxay şəhəri çox bahalı sayılır. 4-5 nəfər restoranda oturduq, hər şey də yedik. 30-40 manat hesab gəldi. İnanmıram ki,Azərbaycanda belə ucuzluq ola bilər. Hətta, restoranda sizə qəbz də verirlər. Gələn dəfə restoranda yaxınlaşanda 50 faiz endirimdən yararlanmaq olur”.

Namiq Qaraçuxurlu səfərlərə xərclədiyi maliyyədən də danışıb:

"Səyahətlərə pul xərcləmirəm. Bu dəfə dostlarım dəvət etdi. Çin səfərimdə bilet, otel və.s xərcləri dostum üzərinə götürdü. Buna səbəb isə uzun müddətdironların qulluğunda olmağımdır. Yaxınlarım isə bunun əvəzini çıxdılar. İndi o limitlərdən istifadə edirəm”.


OXŞAR XƏBƏRLƏR

Bakıda marketdən alınan yoqurtdan görün nə çıxdı - FOTO

Bakıda marketlərdən birində satılan yoqurt kifli çıxıb.   Sfera.az xəbər verir ki, Milli.Az-a müraciət edən şəxs bildirib ki, 3-cü mikrorayon da...

Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır - Kaya Kallas

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış edir.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu...

Bakıda sürücülər arasında yol üstündə dava - Ölən var

Bu gün paytaxtın Xəzər rayonunda qətl törədilib.   Sfera.az xəbər verir ki, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Yəhya oğlu...

Gəlini aparmağa traktorlarla gəldilər – FOTO

Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.   Sfera.az xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olun...

Elnarə Abdullayevadan Əli Mirəliyevə ağır sözlər: "Ayıbdır, utanmırsan?"

"Ağsaqqal kişisən, ayıbdır, utanmırsan, bilmədiyin şeyi danışırsan. Sənin Azərbaycan musiqisindən xəbərin yoxdur".   Sfera.az xəbər ve...

Dördüncü Hindistan-Pakistan müharibəsi olacaqmı? - Gərginlik pik həddə çatıb

Cammu və Kəşmir bölgəsində nəzarət xəttində Hindistan və Pakistan hərbçiləri arasında yenidən atışma baş verib. Tərəflər qarşılıqlı şəkildə bir-birlərini atəşkə...