Azərbaycanda daha bir futbol klubu çempionatdan kənarlaşdırıldı

İdman
18:15 / 29.01.2020
4993
"Ağsu” Azərbaycan çempionatının I Diviziondan uzaqlaşdırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
Bildirilib ki, "Ağsu” futbol klubunun rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL "Ağsu”nu Azərbaycan I Diviziondan kənarlaşdırmağı qərara alıb.
Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir. (yeni sabah)