Tacir İlahəyə cavab olaraq daha bir hamam görüntüsünü yaydı - Bu dəfə isə... - Video

Tacir İlahəyə cavab olaraq daha bir hamam görüntüsünü yaydı - Bu dəfə isə... - Video

Müğənni Tacir Şahmalıoğlu həmkarı İlahə Fəda ilə qalmaqalından sonra onu tənqid etməsini ələ salıb.

Sfera.az  xəbər verir ki, ifaçı bu dəfə bir neçə ay öncə doğulan oğlunu qucağına alaraq paltarda və başında papaqla hamama girib.

 

"Uşağı çimizdirmək istəyirəm. Soyunanda söz-söhbət olur. Ona görə istəyirəm belə çimizdirim. Çox adam deyir ki, onu niyə soyunub çimizdirirsən? Ona görə daha belə çimizdirəcəm”, - deyə T.Şahmalıoğlu bildirib.

Qeyd edək ki, bununla bağlı Tacirlə İlahə arasında qalmaqal yaşanıb. Xanım ifaçı hamamda uşağını çimizdirərkən çəkilmiş videosunu yayan Taciri sərt şəkildə tənqid edib. T, Şahmaloğlu da "Ona qalsa" proqramında həmkarının onun ünvanına dediyi tənqidlərə sərt cavab verib. Həmin an canlı yayıma zəng edən İlahə Tacirin dediklərinə "Qısa deyəcəm: İt hürər karvan keçər. Bu qədər" söyləyərək, dəstəyi asıb. 

Həmin görüntüləri təqdim edirik: (yeni sabah)


   


OXŞAR XƏBƏRLƏR