Azərbaycanlı iş adamı Türkiyədə 5-ulduzlu otel açdı
Cəmiyyət
12:32 / 01.03.2016
1021
Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açıb.
Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rauf Məmmədov adlı iş adamının oteli qonşu ölkənin ən turistik bölgəsi olan Kəmərdədir.
Otel əsasən mühafizəkar həyat tərzi ilə seçilənlərə və islam ölkələrindən olan turistlərə xidmət edəcək.
"Tac'ün Nisa Resort" Kəmərin ən böyük oteli adını qazanıb. 36 min kvadratmetr ərazidə qurulan otelin 7 min kvadratmetr ərazisi qadınlar üçün ayrılıb. Belə ki, onlar bu ərazidə rahat şəkildə tətil edə, dənizə girə biləcəklər. İş adamı Türkiyədə sərmayə qoymasından çox məmnun olduğunu deyib: "Türkiyədə böhran olması ilə bağlı deyilənlərə inanmıram. Qonşu ölkələrə baxanda Türkiyə gül bağçasıdır. Bunu bizim kimi iş adamları kənardan daha yaxşı görürlər. İki müəssisə ilə danışıqlarımız davam edir. İnşallah, ən yaxın zamanda onları da öz şirkətimizə qatmaq istəyirik".
Bundan öncə də Rusiyada yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov - AST Telman Antalyada dəbdəbəli otel açıb. Dünyanın ən lüks otellərindən biri hesab edilən "Mardan Palace"ın açılışı 2009-cu ildə baş tutub.
Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meraya Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Beluççi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.
Lakin ciddi maliyyə problemləri yaşayan iş adamı otelini itirib. Belə ki, ötən ilin payızında hərrac yolu ilə "Halk Bank"a satılıb.