Elxan Məmmədova yeni vəzifə verilib

İdman
14:05 / 28.01.2020
1805
AFFA-nın baş katibi Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Sfera.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib.
2007-ci ildən baş katib vəzifəsində çalışan Elxan Məmmədov bundan sonra icraçı vitse-prezident səlahiyyətlərini də yerinə yetirəcək.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov isə qurumun vitse-prezidenti təyin olunub. V.Sadıqovla yanaşı, Rauf Əliyev və Elşad Nəsirov da vitse-prezident seçilib.