“Xanımın işə gedibsə...” - Efirdə Renkanın sirrinin üstü açıldı - Video

Dünən ARB telekanalında yayımlanan "Ona qalsa” verilişinin qonağı rəqqasə Rəna Ağamuradova (Renka) olub.
Sfera.az xəbər verir ki, rəqqasə söhbət zamanı şəxsi həyatından da danışıb. O, məclislərə getdiyi zaman qadınların onu həyat yoldaşlarına qısqanmamasının səbəbini açıqlayıb:
"Mən məclislərə gedəndə ancaq sənət göstərmişəm. Mən sənətimi sevirəm. Mən özüm də həyat yoldaşı olmuşam. 7 il ailə sahibi olmuşam”.
Verilişin aparıcısı şairə Nazilə Səfərli Renkanın həyatı ilə bağlı sirrin üstünü açıb:
"Sən həyat yoldaşından ayrılandan sonra onu daha çox sevməyə başlamısan,o da səni. Onda niyə ayrılırdız? Gərək illah ki, onu başqa bir xanım səndən alaydı, sonra dost olaydın? Mən bir sirr açım: Renkanın yoldaşı başqa insanla evlidir artıq. Deməli, Renka gedir Moskvaya, ona zəng vurur ki, "Xanımın işə gedibsə, gedək parkda gəzək”. Yəni görün necə dostdurlar. Adam qısqanar, uşaqları var ondan. Demək ki, həyat yoldaşı kimi maraqlı olmayıb ona,dost kimi maraqlı olub”. (yeni sabah)