Avtobusun vurduğu şagirdlərin kimliyi bilindi

Avtobusun vurduğu şagirdlərin kimliyi bilindi
Daxili İşlər Nazirliyi dünən Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı açıqlama verib.
Qurumdan "Qafqazinfo”ya verilən məlumata görə, hadisə fevralın 29-da saat 08 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Bakı şəhər sakini Bəxtiyar Zodanov 172 saylı xətt üzrə idarə etdiyi "Daewoo” markalı avtobusu yolun kənarındakı ağaca vurub və idarəetməni itirdiyindən avtobus yaxınlıqda dayanmış qəsəbə sakinləri Ələm Cəfərzadəyə və qardaşı Nicata dəyib. Nəticədə Ə.Cəfərzadə hadisə yerində ölüb, Nicata və B.Zodanovun 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR