Sabiq icra məmuru və müstəntiqlə bağlı YENİ QƏRAR

Sabiq icra məmuru və müstəntiqlə bağlı YENİ QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə göndərilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması iki illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə beş min manat cərimə edilib.

İttihama əsasən, V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək, pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

Qeyd edək ki, ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru” rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib.

Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.  ...