“Qadın ev işi üçün yaradılıb” - Meyxanaçının sözləri qalmaqal yaratdı - Video

Maqazin
22:00 / 27.01.2020
4306
"Qadın ev işi üçün yaradılıb. Onlar maşın sürməməlidir. Ev işi qadın, maşın kişi üçündür".
Sfera.az xəbər verir ki, meyxanaçı Oqtay Kamil ARB TV-də yayımlanan "Səhər-səhər” verilişində qadınlar haqda qalmaqal yaradacaq sözlərinə belə davam edib:
"Qadına qadağa qoymaram. Elə qadın seçərəm ki, bilər nə olar, nə olmaz. Qadın elə gözəl addır ki, elə yaşamalıdır kişi deməsin, onu-bunu etmə”.
Xəyanətdən haqda isə meyxanaçı "Hər kişinin ailəsindən başqa qadın dostu olmalıdır” - deyə bildirib.
Qeyd edək ki, Oqtayın bu fikirləri qısa zaman ərzində sosial şəbəkədə yayılıb və heç də birmənalı qarşılanmayıb. Onu dediyi sözlərə görə çoxları tənqid edib.(yeni sabah)