“Səhifəndən sil o yazdıqlarını” - Elton Toliklə bağlı bilinməyənləri açıqladı

“Səhifəndən sil o yazdıqlarını” - Elton Toliklə bağlı bilinməyənləri açıqladı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə tanınmış prodüsser Tarix Əliyev (Tolik) müğənni Elton Hüseynəliyevlə işbirliyinə son qoyduğunu efirdə açıqlamışdı. O, Eltonun işlərini aprıcılıq etdiyinə görə  çatdıra bilmədiyini deyib.

Sfera.az yenisabah.az-a istinadla xəbər verir ki, Elton sosial şəbəkədə məsələyə aydınlıq gətirib. ifaçı Toliklə işbirliyini bitirmədiyini, onun əsəbiləşərək ani qərar verdiyini yazıb: 

"Əziz dostlar, mediada bizim Toliklə işimizə  son verməyimiz haqda yazılanlar doğrudur? Yox, doğru deyil! Çünki buna səbəb Tolikin öz səhifəsində etdiyi paylaşım oldu. Tolik emosional və çox səbirsizdir (mənim kimi), amma sağ olsun, mən xəbər tutmadan öncə Nazənin xanım mənə zəng etdi, pis olmuşdu, hətta ağlayırdı. Mən öncə bilmədim nə baş verir, sonra deyəndə ki, "Tolik paylaşım edib”, dedi qurban olum, ona zəng et, siz yaxın dostsunuz, həm də düşmənləri sevindirməyin. Nazənin xanım, sağ ol, var ol, mərd insan, əziz dostum. 

Mən Tolikə zəng vurdum, biz danışdıq, bundan öncə isə çox şeylər olmuşdu... Nə olur, olsun kəsdiyin duz-çörəyə hörmət etməlisən. Həm də 7 il elə-belə, dildə deyiləcək rəqəm deyil, bir igidin ömrüdür. Yaxşı günlərimiz, yorğun, əsəbi,gərgin günlərimiz olub, maraqlı iş layihələrimiz, duetlərimiz, konsertlerimiz və s.  

Bir sözlə, mən Tolikdən razı olmuşam, çünki onun xətrini çox istəyirəm və bu günə kimi mənim bir sözümü yerə salmayıb. Mən nə demişəm "baş üstə” deyib. Mənim ailəmə, balalarıma çox diqqət və hörmət göstərib. Ürəkdən istəmək başqadır... Mənim həssas olduğum bir çox məqamlarda sən həmişə məni və ailəmi qəlbən istədiyini sübut etmisən! Düzdür, səndən narazı olduğum vaxtlar da olub, səbəbi də belə söz-söhbətlərdə özündən çıxıb, hirslənib qərar verməyindir. Tolik, biz dostuq, artıq sən heç yerə gedə bilməzsən mən razı olmayana qədər! Dedim ona sənin istefa ərizən qəbul olunmur! Çünki sənin aparıcılıq etməyini mən dəstəkləyirəm. Sənin mənim işlərimə yetərincə vaxt ayıra bilməməyin məni narahat etmir! Bəhanə axtarma. Həm də belə məsələləri əsəbiləşib qərar vermirlər! Sakitləş və səhifəndən sil o yazdıqlarını. Sən yenə öz işindəsən!!! Məni dinlədi. Sağ ol ki, sözümü yerə salmadın”. 

 


OXŞAR XƏBƏRLƏR