Evdən 5 minlik qızıl oğurlayanlar saxlanıldı

Evdən 5 minlik qızıl oğurlayanlar saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə yanvarın 23-də Binə qəsəbəsi ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  yeni sabah-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR