Ramil Şeydayev Polşa klubunda?

Ramil Şeydayev Polşa klubunda?
 

Moskva "Dinamo"sundan ayrılan Ramil Şeydayevin yeni klubu müəyyənləşməyib.

 

Sfera.az bildirir ki, 23 yaşlı hücumçu karyerasını Polşada davam etdirə bilər. Azad agent statusu daşıyan hücumçu "Lex"ə təklif edilib. Poznan təmsilçisi yaxın günlərdə Şeydayevlə bağlı qərar verəcək.

 

Lex Ekstraklasada 20 turdan sonra 31 xalla 16 kollektiv arasında 5-ci yerdə qərarlaşıb. Lider "Legiya"nın 38 xalı var.

 

Azərbaycan millisinin üzvünün ilk seçimi Rusiya Premyer Liqasında qalmaqdır. Ancaq hazırda ona real təklif yoxdur. Futbolçunun Türkiyənin "Bursaspor" klubuna keçəcəyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

 

Şeydayev 2019-cu ilin yayında "Krılya Sovetov"dan "Dinamo"ya keçmişdi. Ramil mövsümün ilk yarısında Premyer Liqada 8 oyun keçirib və 1 assist edib. (sportal)


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...