Məşhur repçi həbsxananı məhkəməyə verdi
Məhkumların ölümü və rəhbərliyin hərəkətsiz davranışından hiddətlənən dünyaca məşhur repçi Cey-Z həbsxananı məhkəməyə verib.
Sfera.az xəbər verir ki, son iki həftə ərzində Missisipi həbsxanalarında beş nəfərin öldürülməsi səbəbi ilə 29 məhbus rəhbərlərinin baş verən zorakılıq dalğasını dayandırmağa çalışmadığını bildirib.
Məhkəmədə Cey-Z bütün bunların insanların hüquqlarını pozduğunu ifadə edib və ədalət əldə etmək üçün bütün instansiyalardan keçməyə hazır olduğunu vurğulayıb.
"NBC News”un əldə etdiyi məlumata görə, ölüm hallarının həbsxanada çoxalması məhkumların sayının artması, kadr və maliyyə çatışmazlığı ilə əlaqələndirilir.
Qarşıda duran əsas məqsədlərdən biri həbsxana heyətini genişləndirmək və islah müəssisələrində nizam-intizamı bərpa etməkdir. (oxu.az)