Çində 5G rabitəsi üçün orbitə peyk buraxılıb

Çində 5G rabitəsi üçün orbitə peyk buraxılıb
 

Çində "Kuaizhou-1A” bərk yanacaqlı daşıyıcı raketi vasitəsilə rabitə peyki orbitə çıxarılıb.

Sfera.az "SpaseTech”ə istinadən xəbər verir ki, Pekində yerləşən "GalaxySpace” telerabitə şirkətinə məxsus "Yinhe-1” peyki İçəri Monqolustan muxtar bölgəsindəki Jiuquan peyk göndəriş mərkəzindən uğurla qaldırılaraq alçaq orbitə yerləşdirilib.

2016-cı ildə təsis olunmuş "GalaxySpace” şirkəti alçaq orbitə yerləşdirilən peyklər vasitəsilə dünya üzrə 5G və geniş zolaqlı rabitə şəbəkəsini inkişaf etdirməklə məşğuldur. Şirkətin ilk peyki olan 220 kiloluq "Yinhe-1” 10GBps-lik zolaq genişliyində fəaliyyət göstərir. Qarşıdakı dövrdə şirkət 500-1000 km hündürlükdəki orbitlərdə 1000-dək peyk yerləşdirməyi hədəfləyir.

Bütövlükdə 8-ci dəfədir istifadə olunan "Kuaizhou1A” tipli daşıyıcı raketlər Çin Aerokosmik Elm və Sənaye Şirkətinin (CASİC) Raket Texnologiyası Şirkəti (ExPace) tərəfindən istehsal olunub alçaq orbitə 300 kiloyadək yük daşırmağa qadirdir və adətən kommersiya peyklərin göndərilməsində istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...