DİN-dən əməliyyat - Avtoritet Polad saxlanıldı

DİN-dən əməliyyat - Avtoritet Polad saxlanıldı
 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini,  31 yaşlı   Rafiq Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub.  P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. 

Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meyilliliyi ilə diqqət çəkirlər. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.


OXŞAR XƏBƏRLƏR

“Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 26-29 iyun tarixlərində Naxçıvan şəhərində “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investi...

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, Azə...

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...