Avropa Birliyi yenidən İlham Əliyevi dəstəklədi - QƏTNAMƏ

Avropa Birliyi yenidən İlham Əliyevi dəstəklədi - QƏTNAMƏ
 

Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı Şərq Tərəfdaşlığının əsas ümumiləşdirici elementi elan edildi

Prezident İlham Əliyevin AB-nin Şərq Tərəfdaşlığı layihəsi ilə bağlı keçən ilin sonunda verdiyi bir müsahibədə səsləndirdiyi tənqid Avropa hakimiyyətlərinin qərarlarına təsir edib.

Xatırladaq ki, dövlət başçısı AB-nin Şərq Tərəfdaşlığı layihəsinin gələcəyi barədə danışarkən, bu layihənin perspektivlərinin açıqlanmaması, mövcud əməkdaşlıq mexanizmlərinin amorf mahiyyəti və müxtəlif ölkələrə münasibətdə "ikili standartlar” siyasətinin təzahürləri ilə bağlı ciddi suallar qaldırdı.

Görünən odur ki, AB bu tənqidi çox ciddi qəbul edib. Belə ki, yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edilib. Sənədin 36-cı maddəsində Şərq Tərəfdaşlığının bütün ölkələrinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dəstəklənməsi göstərilir.

Qeyd etmək vacibdir ki, beynəlxalq hüququn əsas elementlərinə ümumi yanaşmaya əsaslanan belə bir hüquqi tərif Azərbaycanın maraqlarına tam cavab verir.

Diqqətçəkən digər mühüm məqam odur ki, qətnamənin əsas məzmunu Moskvanın bilavasitə iştirakı ilə baş verən münaqişələrə aid olan anti-Rusiya hissəsindən ayrılıb.

Bu, qətnamənin əhəmiyyətini qiymətləndirmək üçün sənədin həm siyasi, həm də hüquqi ağırlığının əsas göstəricilərindən biridir.

Yeri gəlmişkən, digər sənədlərdən fərqli olaraq, Avropa Parlamentinin "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ortaq siyasətləri haqqında” Qətnaməsi deklorativ deyil, əksinə doktrinal xarakter daşıyır, AB icra strukturlarından AB-nin xarici siyasətinin inkişafı və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı tələb edir.

Ümumiyyətlə, Avropa Parlamentinin bu yaxınlarda seçilmiş yeni tərkibi yeni yaradılan Avropa Komissiyasının beynəlxalq fəaliyyəti üçün siyasi çərçivəni müəyyənləşdirib. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləmək öhdəliklərini təsdiqləyən müddəaların bu fəaliyyətin əsas prioritetlərinə və hüquqi normalarına daxil edilməsi, ən azı, Ermənistanın işğalçı siyasətini əsaslandırmaq üçün Aİ platformalarından istifadə edə bilməməsini təmin edəcək, eləcə də Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə maksimum dərəcədə əlavə şərtlər yaradacaq.

Göründüyü kimi Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı getdikcə güclənən müzakirələr fonunda Avropa Birliyinin yeni seçilmiş qurumlarının mövqeyində aşkar bir dinamika var. Bu müzakirədə son dərəcə ifadəli məqam Prezident İlham Əliyev tərəfindən qoyulub. Qətnamənin yekun mətninin hazırlanmasında, müzakirəsində və səsverməsində Avropa Parlamentinin deputatları bu məsələni diqqətdə saxlayıblar. Sənəd bir daha  inandırıcı şəkildə göstərdi ki, Şərq Tərəfdaşlığı üçün ortaq məxrəc iştirakçı ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. (konkret.az)


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...