Rüfət Dadaşov rəsmən ABŞ klubunda - FOTO

Rüfət Dadaşov rəsmən ABŞ klubunda - FOTO

Millimizin futbolçusu Rüfət Dadaşov ABŞ-ın I divizion klubu "Finiks Rayzinq”ə keçib.

Sfera.az xəbər verir ki, o, 2020 mövsümü üçün müqavilə bağlayıb. Futbolçu yeni klubu haqda xoş sözlər deyib:

"Mənim üçün "Finiks Rayzinq”də oynamaq arzumun reallaşmağıdır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ-a qarşı oynayandan mən Amerikada futbolu yaxından izləyirəm və burdakı böyük inkişafı görməkdən çox təsirlənmişəm. Bu komandanın bir hissəsi olmağı çox istəyirdim. 

 

Baş məşqçi Rik Şantsla danışdıqdan sonra 100 faiz "Finiks”də oynamaq istədiyimi dəqiqləşdirdim. Məşqlərə başlamağımı, komanda yoldaşlarımla, fanatlarla görüşməyi, Arizona ştatını görməyi gözləyə bilmirəm. Ən mühüm şey "Finiks Rayzinq”ə oyunların qələbəsində kömək etməyimdir”.

Baş məşqçi Riçard Şants isə 19-cu transferləri olan 28 yaşlı Rüfəti tərifləyib:

"Rüfətin ölçüsü, çəkisi və dəqiqliyi "Finiks Rayzinq” üçün çox xeyirli olacaq. Onun topu qəbul etmək bacarığının bizim vingerlərə və hücumameyilli yarımmüdafiəçilərə çox köməyi dəyəcək. Rüfət Almaniyada çox yaxşı çempionatda oynayıb. Onun ABŞ futbol çempionatına olduqca tez uyğunlaşacağına inanıram”.

 

Qeyd edək ki, Almaniya doğumlu Dadaşov son iki mövsümü Münster "Proyssen”ində çıxış edib. O, Almaniya II divizionunda keçirdiyi 52 matçda (3466 dəqiqə) 14 qol vurub və iki məhsuldar ötürmə edib. Ötən mövsüm vurduğu səkkiz qolla klubda üçüncü ən yaxşı futbolçu olub.

Rüfət Dadaşov millimizdə 24 dəfə çıxış edib və beş qola imza atıb. Onun millimizdə debütü 2013-cü ilin fevralın 1-də Özbəkistanla yoldaşlıq oyununa təsadüf edib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...