"TikTok"da ciddi boşluq - İstifadəçilərə XƏBƏRDARLIQ edildi - FOTO

 

"TikTok" boşluğu qurbanın ziyanverici URL ilə SMS göndərməsinə yol açır.

Sfeera.az  trend-ə istinadən məlumat verir ki, "TikTok" son aylar ərzində inanılmaz dərəcədə məşhurlaşıb, lakin təhlükəsizliklə bağlı problemlər ondan da yan keçməyib.

Belə ki, "Check Point" şirkətinin mütəxəssisləri tətbiqdə çoxsaylı boşluqlar aşkar edib. Tədqiqatçıların sözlərinə görə, cinayətkar qurbanın hesablarını idarə edə, həmçinin adlar, elektron poçt ünvanları və doğum tarixləri kimi fərdi məlumatlara giriş əldə edə bilir.

Qeyd edilir ki, "TikTok" istifadəçilərinin sayı bütün dünyada milyardı keçir - tətbiq milyard dəfə Android və iPhone cihazlarına yüklənilib. Mövcud boşluqlara görə proqramı yükləyən bütün insanların məlumatlarının məxfiliyi və təhlükəsizliyi təhlükə altındadır. "Check Point" komandası hal-hazırda boşluqların real hücumlarda istifadə olunub-olunmadığından əmin deyil, lakin ekspertlər "TikTok" tərtibatçıları ilə birlikdə təhlükəsizlik problemlərinin aradan qaldırılması üzərində çalışır.

 
Aşkar olunan boşluqlardan biri "TikTok"un SMS-imkanlarına təsir etməsidir. Məsələn, servis istifadəçilərə özlərinə tətbiqin yüklənməsi üçün keçidlə mesaj göndərməsi üçün imkan yaradır, cinayətkar isə bunu öz məqsədləri üçün istifadə edə bilər. Belə hücumun uğurlu olması üçün cinayətkar qurbanın telefon nömrəsini bilməlidir. Bu zaman hücum edən boşluqdan istifadə edəndə özünü ələ verməyəcək. Nəticədə cinayətkar mesajdakı keçidi ziyanverici URL ilə əvəz edərək, onu redaktə edə bilər. Belə SMS alan qurban hücumdan şübhələnmədiyi üçün keçidə daxil olacaq, nəticədə qurğuya ziyanverici proqram quraşdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...