Yığmamız İstanbulda beynəlxalq yarışa qoşulur

Yığmamız İstanbulda beynəlxalq yarışa qoşulur

Yanvarın 14-də Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Sfera.az xəbər verir ki,  Azərbaycan Boks Federasiyasından yeni sabah-a daxil olan məlumata görə, turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...