Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto

Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən yeni sabah-a verilən məlumata görə, Yardımlı rayonu Məlikli kəndi ərazisində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş kənd sakini Zahir İbayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 500 qram narkotik vasitə olan heroin və 600 qram tiryək aşkar edilərk götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkədlisi Abbas Həşimovdan aldığını bildirib. Baş İdarə əməkdaşlarını tərəfindən həmin şəxs də qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov "Abbas Yardımlı” adı ilə yaşadığı rayon, ətraf bölgələr, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində  olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi özü ilə narkotik vasitələr gətirib. Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan "Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib. Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto
Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto
Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto
Azərbaycanlı müğənni saxlanıldı - İranlı ilə gizli yolla razılaşaraq... - Foto

OXŞAR XƏBƏRLƏR

Şavkat Mirziyoyev: "İlham Heydər oğlu ilə idman barədə çox danışırıq"

"Mən, həmçinin futbol komandamıza görə də İlham Heydər oğluna çox təşəkkür edirəm. Bu, təsadüfi deyil, çünki biz İlham Heydər oğlu ilə idman barədə çox dan...

Moskvadan Bakıya qarşı növbəti addım – Məhdudiyyət qoyula bilər

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tə...

Zaxarova: "Azərbaycan və Rusiyanın müttəfiqliyini bəyənməyən qüvvələr var"

“Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır”.   Sfera.az TASS agentliyinə istinadən xəbər verir ...

Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş...

Dövlət büdcəsinin gəlirləri 20 milyarda yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayis...

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...