Bakı polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə götürülüb

Bakı polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə götürülüb
 

Bakıda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

 

Hadisə paytaxtın Qaradağ, Xətai və Nərimanov rayonları ərazilərində qeydə alınıb.

 

Belə ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1998-ci il təvəllüdlü R.Rzabəyli və onun həmyaşıdı V.Abbaslıdan 0,099 qram metamfetamin, 0,08 qram tramadol, 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

 

Bundan başqa, Xətai RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1998-ci il təvəllüdlü F.Haqverdiyevə məxsus "KİA” markalı avtomobilindən 0,985 qram heroin və 0,038 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Həmçinin Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Dursunovdan 14,482 qram heroin, Xırdalan rayon sakini, 1998-ci il təvəllüdlü V.Qarayevdən 336,17 qram, 243,361 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Hər üç faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Şirkət əməkdaşını “tok” vurub öldürdü

Mingəçevirdə sökülən zavodda fəhləni cərəyan vurub öldürüb.   Sfera.az xəbər verir ki, hadisə iyulun 1-i saat 18 radələrində Mingəçevir şəhəri Samux ...

Boğulma hallarının qarşısı necə alınmalıdır?

İsti yay günlərində vətəndaşların çimərliklərə axını artmaqda davam edir. Lakin dənizdə ehtiyatsız davranışlar bir çox hallarda faciə ilə nəticələnir. İyun ayı ...

Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqədi şosesində kanalizasiya xətti ilə bağlı təmir-bərpa işləri aparılır.   Sfera.az...

Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan sənətçi illər əvvəl ona yazılan...

Məşhur futbolçu karyerasını bitirdi

Xorvatiyanın "Hayduk" klubunun futbolçusu İvan Rakitiç karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, bu barədə Split təmsilçisini...

İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?

İyul ayı bəzi bürclər üçün maddi baxımdan xüsusi önəm daşıyacaq. Ulduzların düzülüşü bu dövrdə bəzi şəxslərin pul və bolluq enerjisi ilə əhatələnəcəyini göstəri...