Rusiyadan ABŞ-a inanılmaz təklif: “Texası Meksikaya qaytarın!”
14:30 / 05.01.2020
2979
Rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Hocesin Krımla bağlı açıqlamasına münasibət bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Puşkov " Twitter” hesabında yazıb.
Rusiyalı senator ABŞ-ın Texası Meksikaya qaytarmasını təklif edib.
II Yekaterinanın hakimiyyətinə qədər Rusiyanın Krımda mövcud olmadığını söyləyən Hocesə cavab olaraq Puşkov həmin vaxt Ukraynanın mövcud olmadığını qeyd edib.
"1783-cü ildə ABŞ Atlantik boyu dar bir torpaq zolağı idi, daha sonra qalan hər yeri tutdular. Qoy Texası Meksikaya qaytarsınlar”, - Puşkov yazıb.