“Qarabağ”la qarşılaşmaq istəmirəm” - “Qəbələ”nin sabiq baş məşqçisi

“Qarabağ”la qarşılaşmaq istəmirəm” - “Qəbələ”nin sabiq baş məşqçisi

"Azərbaycan adı çəkiləndə məndə müsbət enerji yaranır. Azərbaycan mənim yaddaşımda ən xoş təəssüratlarrla qalıb. Azərbaycanlılar xeyirxah və gözəl xüsusiyyətləri olan xalqdır. Yığma barədə nəsə danışmaq çətindir. Azərbaycan milli komandasının heç bir oyununu izləməmişəm, ancaq nəticəyə baxmışam".

Sfera.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq baş məşqçisi, "Astana" klubunun hazırki çalışdırıcısı Roman Qriqorçuk Qazaxıstan mətbuatına müsahibəsində deyib. O, "Qarabağ"la bağlı da danışıb:

O,  Klub futboluna gəlincə, "Qarabağ” yenə Avropa Liqasının qrup mərhələsində mübarizə apardı. "Qarabağ”a, Qurban Qurbanova böyük hörmət bəsləyirəm. Onlar həm yaxşı futbol oynamağı, həm də çox düzgün çalışmağı bacarırlar. Çox istərdim ki, bu amil "Qarabağ”ın qrup səddini keçərək böyük qazanc əldə etməsinə gətirib çıxarsın. Qəlbən onlara bunu arzulayıram. Ötən il "Neftçi" "Qarabağ”ı çempionluq mübarizəsində ciddi gərginlikdə saxladı. İndi mövsümün yarısından sonra bu komanda əsas rəqibindən geri qalır. Keçmiş futbolçularımdan Daboyla Monroz haqda eşitmişəm ki, elə də yaxşı oynamırlar. Hansı səbəbə görə? Bu barədə nəsə deyə bilmərəm”.

Ukraynalı çalışdırıcı "Azərbaycana qayıdıb, yenidən "Qarabağ"la mübarizə aparmaq istəyirsinizmi?" sualını belə cavablandırıb:

"Qarabağ”la mübarizə aparmaq, bu komandaya müqavimət göstərmək çox çətindir. Onlar çox güclüdürlər, qarşılaşmaq istəmirəm (gülür). Avroliqanın qrupunda "Astana”ya "Qarabağ” rəqib ola bilərdi. Səmimi deyirəm, mən bunu çox da istəmirdim. Digər tərəfdən, onlarla oynamaq maraqlı olardı. Sevdiyim Bakını bir daha görərdim. Ora getmək istəsəm də, təəssüf ki, alınmadı. Ailəm də Bakını görməyi çox istəyir. İsti olanda dənizdən həzz almaq olur. Çox istərdim ki, orada müsbət əlaqələrim olduğum insanlarla görüşüm”. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...