İranda 3 gün matəm elan edildi

İranda 3 gün matəm elan edildi

İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.

Sfera.az APA-ya istinadən bildirir ki, Xamenei Qasım Süleymani və Mehdi Əl-Mühəndisin yaxınlarına başsağlığı verib.

"İran xalqı Qasım Süleymani və onunla birlikdə şəhid olan Əbu Mehdi Əl-Mühəndisin xatirəsini həmişə əziz tutacaq. Ölkədə 3 gün matəm elan edirəm”, - deyə Xamenei vurğulayıb.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.


OXŞAR XƏBƏRLƏR

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...

Bakıda əməliyyat keçirildi: 2 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə daxilində narkotiklərin yayılması...

Ərdoğan Pezeşkianla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə &...

Axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 1 şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məl...