Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət göndərildi

Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət göndərildi

İsveç-Azərbaycan Federasiyası Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Avropa Parlamentinə, İsveç parlamentinə və İsveçin xarici işlər naziri Marqot Valströmə müraciət göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az- verilən məlumata görə, müraciətdə 1992-ci ilin 26 fevralında ermənilərin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırım aktı barədə məlumat verilib, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Bu qətliamın bəşəriyyət tarixində ən qorxulu kütləvi terror aktlarından biri olmasına baxmayaraq, hələ də Avropa Parlamenti tərəfindən soyqırım aktı kimi tanınmaması ilə bağlı narazılıq ifadə olunub.

Müraciətdə, həmçinin ermənilərin1988-ci ildən bəri Dağlıq Qarabağ bölgəsində törətdiyi cinayətlər sadalanıb, Xocalı soyqırımının XX əsrin Xatın, Naqasaki, Xirosima qətliamları ilə müqayisə olunduğu bildirilib: "Beynəlxalq konvensiyalar, qəbul edilmiş beynəlxalq sənədlər Xocalı soyqırımı və buna bənzər soyqırımları pisləyir və qəbuledilməz sayır. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Konvensiyasına əsasən Ermənistan hökuməti beynəlxalq hüquq qarşısında cavab verməyə vadar edilə bilər".

Hazırda hakimiyyətdə olan Serj Sarkisyan, Seyran Ohanyan, eləcə də Robert Koçaryan və digər şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu diqqətə çatdırılıb.

Sonda İsveç-Azərbaycan Federasiyasının üzvləri adından Avropa Parlamentindən Xocalı soyqırımının tanınması və bu qətliamda günahı olan şəxslərin cəzalandırılması tələb edilib.


OXŞAR XƏBƏRLƏR

AZAL bugünkü Bakı-Kazan reysini ləğv etdi

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti 8 yanvar 2025-ci il tarixinə planlaşdırılan Bakı-Kazan-Bakı reysini ləğv edib.   Bu barədə Sfera.az-a AZAL...

Bakı-Kazan-Bakı aviareysi ləğv edildi - RƏSMİ

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu günə planlaşdırdığı Bakı-Kazan-Bakı reysini ləğv edib.   Sfera.az AZAL-a istinadən xəbər verir ki, ...

Könül Nurullayevaya ağır itki

Milli Məclisin deputatı Könül Nurullayevaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, millət vəkilinin anası Sevər Cabbarlı dünyasını dəyişib. ...

Azərbaycanın üç gəmisinin Afrikada saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama ya...

Britaniyada FÖVQƏL VƏZİYYƏT: xəstəxanalar viruslu xəstələrlə doldu

Böyük Britaniya xəstəxanaları qrip və digər virus xəstəlikləri olan xəstələrin axını ilə doludur.   Sfera.az xəbər verir ki, b barədə Britaniya mətbu...

Sürücülərin NƏZƏRİNƏ:Bakıda 16 istiqamət üzrə sıxlıq müşahidə edilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM...