Yeni il gecəsi Abşeronda villadan 400 min manat oğurladılar

Kriminal
17:30 / 02.01.2020
1894
Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.
Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.
Faktla bağlı araşdırma aparılır. / report