Adı siyahıda olmayan YAP-çı deputat qızının namizəliyindən DANIŞDI

Adı siyahıda olmayan YAP-çı deputat qızının namizəliyindən DANIŞDI
 

Beşinci çağırış Milli Məclisin depuatı olmuş Tahir Süleymanov  2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Sfera.az Modern.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının budəfəki yeni namizədlər siyahısında Tahir Süleymanovun adı yer almayıb.

O saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşdığını deyib:

"Partiyamızın və onun sədrinin qərarı müzakirə olunmazdır. Partiyanın hər bir qərarı mənim üçün əsasdır. Başqa söhbət ola bilməz”.

Tahir Süleymanov qızının müstəqil namizəd olaraq seçkilərə qatılacağı xəbərlərinə də münasibət bildirib:

"Qızımın deputatlığa namizədliyini verməsi xəbəri yalandır. Kimlərsə yalandan şaiyə buraxıblar. Həmin dairədən bir nəfərin namizədliyi irəli sürülüb. Kim seçiləcəksə, ona uğurlar arzulayıram”.

Qeyd edək ki, mətbuatda Tahir Süleymanovun yerinə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən onun yeganə övladı - Kəmalə Süleymanovanın iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. İxtisasca həkim olan eks-deputatın qızı uzun illər Şabran rayon xəstəxanasında baş həkimin müavini çalışır.

Tahir Süleymanov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi parlamentdə 54 saylı Şabran-Siyəzən seçki dairəsini təmsil edirdi.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...