Kim Çen Inın yeni raketi ünvanına “çatdı”

Kim Çen Inın yeni raketi ünvanına “çatdı”
 

Quzey Koreya lideri Kim Çen Inın yeni ilin ilk günü yeni strateji raketlərinin olduğunu və dünyaya təqdim edəcəklərini açıqlaması ABŞ və Güney  Koreya rəhbərliyində narahatlıq yaradıb.

Sfera.az xəbər verir ki, sözügedən ölkələrin nümayəndələri Kim Çen Inın açıqlamasından sonra telefonla bəzi müzakirələr aparıblar.

Müəyyən edilib ki, müzakirələr Koreyanın Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lu Du Honq ilə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan arasında olub.

 

Telefon danışığı zamanı tərəflər Koreya yarımadasında nüvəsizləşdirmə və sülh üzərində əməkdaşlıq yollarının axtarışına da toxunub.

Tərəflər yanvar ayımda Vaşinqtonda görüşmək barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Quzey Koreya tərəfinin yeni strateji silahın hazırlanması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib ki, KXDR lideri Kim Çen In 2018-ci ildə Sinqapurda keçirilən ikitərəfli sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair müqavilə imzalayıb və "sözünün adamıdır”.


OXŞAR XƏBƏRLƏR

Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan XƏBƏRDARLIQ

Dəri problemləri arasında ən çox yayılan hallardan biri olan sızanaqların yaranmasına təkcə hormonal dəyişikliklər deyil, qidalanma vərdişləri də ciddi təsir gö...

Putinlə Roma Papası arasında telefon danışığı: Əsas məqamlar

Rusiya Prezidenti Vladimir Putinlə Roma Papası arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, söhbət zamanı tərəflər Ukraynadakı vəz...

Azərbaycan və İran prezidentləri arasında telefon danışığı oldu

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. &nbs...

Ukrayna ilə ən böyük əsir mübadiləsinə hazırıq - Medinski

İyunun 7-dən 9-dək Ukrayna ilə hərbi əsir mübadiləsinə başlamağa hazırıq.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimi...

Bu şəxslər hərbi xidmətə çağırılır? - RƏSMİ AÇIQLAMA

Bəzi vətəndaşlar Azərbaycanda və yaxud xaricdə qiyabi formada ali təhsil alırlar. Əksəriyyətin bildiyi kimi, əyani təhsil alanlara əsgərlikdən möhlət verilir. L...

Putin və Tramparasında telefon danışığı oldu

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.   Sfera.az  TASS-a istinadən xəbər verir ki, Tramp sö...