Prezident xalq artistinin vəfatı ilə bağlı başsağlığı verdi

Prezident xalq artistinin vəfatı ilə bağlı başsağlığı verdi

Xalq artisti İlhamə Quliyevanın vəfatı ilə bağlı Prezident İlham Əliyev nekroloq imzalayıb.

Sfera.az xəbər verir ki, Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat edib.

İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutub. O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır. O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirib. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirib.

Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil edib.

İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını alıb. Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət”, 2013-cü ildə isə "Şərəf” ordenlərinə layiq görülüb.

Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Zeynəb Xanlarova

Siyavuş Kərimi

Elmira Rəhimova

Yalçın Rzazadə

Faiq Sücəddinov

Mübariz Tağıyev

Eldar Mansurov

Ağadadaş Ağayev.


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...