FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir - FOTO

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir - FOTO

23-28 dekabr tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı keçirilib.

75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib.

Yarışda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının "N” saylı hərbi hissəsinin əsgəri Məhəmməd Məmmədov 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib, turnirin qızıl medalına layiq görülüb.

29 dekabrda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev MMQ-in əsgəri Məhəmməd Məmmədovu qəbul edərək əldə etdiyi nailiyyətə görə təbrik edib, gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...