Qayıqda iki insan başı, beş bədəni aşkarlandı
21:15 / 28.12.2019
1509
Yaponiyanın sahil polisi ölkəyə aid adalardan birinin yaxınlığında içində insan qalıqları olan qayıq aşkar edib.
"Reuters” xəbər verir ki, Niiqata prefekturasında yerləşən Sado adasının yanında aşkar edilən qayıq Şimali Koreya vətəndaşlarına aid olub.
Qayıqda iki insan başı və beş insan bədəni tapılıb.
Hazırda polis onların ölüm səbəblərini araşdırır.
İnsan başlarının tapılan bədənlərə aid olub-olmaması hələ müəyyən edilməyib.
Qeyd etmək lazımdır ki, qayıq dekabrın 27-də aşkar edilib. (oxu.az)