Millimizin üzvü "Trabzonspor"un hədəfində

İdman
13:20 / 28.12.2019
1324
Türkiyənin "Trabzonspor” klubu "Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni transfer etmək istəyir.
Sfera.az xəbər verir ki, Qaradəniz təmsilçisi 18 yaşlı yarımmüdafiəçini izləyir. Məlumata görə, "bordo-mavililər" gənc oyunçunu transfer etməyə qərar verib. "Trabzonspor”un Səbuhi üçün "Sumqayıt”la danışıqlar apardığı bildirilir.
U-21 millisinin üzvü "Sumqayıt”da bu mövsüm 11 oyun keçirib.