Prosineçki ilə razılıq əldə olundu

İdman
12:05 / 28.12.2019
1670
2014/2017-ci illərdə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi olmuş Robert Prosineçki "Kayserispor"la (Türkiyə) anlaşıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib. Bildirilib ki, xorvatiyalı mütəxəssislə razılığa gəlinib və o, Super Liqa təmsilçisinin baş məşqçisi olmağı qəbul edib.
Qeyd edək ki, Azərbaycan millisinə gətiriləcəyi də iddia olunan 50 yaşlı məşqçi 2012/2013-cü illərdə də Kayseri təmsilçisini çalışdırıb.