Qiymətli əşyalarınız seyfdə, özünüz istirahətdə!

Ölkənin aparıcı banklarından biri olan Expressbank, bayram günlərini evdən kənar keçirmək istəyənlərə, dəyərli əşyaların təhlükəsizliyini düşünməyə tövsiyə edir.
Expressbank-dan Sfera.az-a verilən məlumata görə, qızıl-zinət əşyalarınızı, qiymətli kağızlarınızı, pulunuzu, mühüm sənədləri və digər qiymətli nəsnələri güvəndə saxlamaq istəyirsinizsə, Expressbank-da bank seyflərinin icarə xidmətindən faydalana bilərsiniz.
Hər zaman müştərilərin etibarlı tərəfdaşı olan Expressbank-ın təklif etdiyi bu xidmətdən fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də yararlana bilər. Seyflərin icarə qiyməti seyflərin ölçülərinə və icarə müddətinə görə dəyişir. Yusif Vəzir Çəmənzəminli küç., 134C ünvanında yerləşən filialda Expressbank bir neçə ölçüdə və 1, 3, 6, 12 aylıq icarə müddətinə qutular təklif edir. Bu barədə daha ətraflı //www.expressbank.az/deposits/bank-safe-boxes linkdən tanış ola bilərsiniz: