Xərçəngdən əziyyət çəkən oğlunun bədəninə şprislə nəcis yeridən ana həbs olundu - FOTO
21:00 / 28.12.2019
1556
Xərçəngdən əziyyət çəkən övladını öldürmək istəyən qadına hökm oxunub.
Sfera.az foxnews-a istinadla xəbər verir ki, xərçəngdən müalicə alan oğlunu öldürməyə cəhd edən 44 yaşlı Tiffany Alberts-in 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib.
ABŞ-ın Indiana ştatında yaşayan Tiffaninin 7 illik həbs müddəti bitdikdən sonra 5 il boyunca şərti azadlığa buraxılması tələb olunub. Buna səbəb isə qadının ciddi psixoloji problemlərinin olmasıdır.
Belə ki, Tiffani xərçəng xəstəliyindən müalicə alan oğlunun sistem bankasına şpris vasitəsi ilə nəcis yeridib, qanına yeridib.
Xəstəxanada halı pisləşən, qusan oğlanın vəziyyətində anormallıq hiss edən həkimlər ondan analiz götürdükdən sonra olayın üstü açılıb. Həkimlər polisə xəbər verib, qadın saxlanılıb. O, oğlunu öldürmək istədiyini etiraf edib.