Brüs Linin qızı məşhur “fastfood” şəbəkəsini məhkəməyə verdi

Brüs Linin qızı məşhur “fastfood” şəbəkəsini məhkəməyə verdi

Dünyaca məşhur aktyor və kunq-fu ustadı Brüs Linin qızı Şennon Li "Real Kungfu” adlı Çinin məşhur "fastfood” şəbəkəsini məhkəməyə verib.

"Meduza” xəbər verir ki, buna səbəb şirkətin loqotipində qanunsuz olaraq onun atasının təsvirini istifadə etməsi olub.

"Bruce Lee Enterprises” şirkəti adından məhkəməyə baş vuran Ş.Li "fastfood” şəbəkəsindən 210 milyon yuan (51 milyon AZN) təzminat tələb edir.

 

Qeyd etmək lazımdır ki, sözügedən şəbəkənin loqotipində kunq-fu ustadı sarı köynəkdə təsvir edilib.

Öz növbəsində isə şirkət bu loqotipi 15 il öncə qeydiyyatdan keçirdiyini vurğulayıb.

Qeyd etmək lazımdır ki, "Real Kunqfu” "fastfood” şəbəkəsi 1990-cı ildə təsis edilib və Çinin müxtəlif nöqtələrində təxminən 600 kafeyə malikdir. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...