Rusiyada icra başçısının maşınını partladıblar

Dünya
22:45 / 26.12.2019
2363
Rusiyanın Voronej əyalətində Ramon rayonunun rəhbərinin maşını partladılıb.
Nəticədə, 43 yaşlı Nikolay Frolov ağır yaralanıb.
Bu barədə "Baza” "Telegram” kanalı xəbər verib.
Nikolay Frolov dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatı dəqiqləşdirilir. (oxu.az)