Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib
 
Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza
atıb. Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçib.
Belə ki, bank əməkdaşların maliyyə və mühasibatlıq üzrə hazırlıq səviyyəsinin artırılması və sertifikasiyaların əldə
olunması üçün dəstək göstərməkdədir. Peşəkar inkişaf tədbirlərinin təsdiqi olaraq əsas ofisi Londonda yerləşən ACCA
(Association of Chartered Certified Accountants) təşkilatı tərəfindən "Approved Employer – Platinum” statusu banka
təqdim olunub. Bu akkreditasiya əməkdaşların maliyyə və mühasibatlıq üzrə peşəkarlıq səviyyəsinə yüksək dəstək
göstərən təşkilatlara xüsusi qiymətləndirmə prosesinin nəticəsi olaraq təqdim edilir və Kapital Bank Azərbaycanda bu
adı qazanan ilk bankdır.
Əməkdaşların təlim və inkişafına diqqətlə yanaşan, cəlbedici işəgötürən olmaqla bağlı silsilə addımlar atan Kapital
Bank, bu istiqamətdə də bir sıra yerli və beynəlxalq layihələr həyata keçirir. Bank 2018-ci ildə özünün İnsan Kapitalı
Akademiyasını açıb və hazırda bu akademiya bank sektorunda ən böyük korporativ təlim mərkəzidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin
xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Buzovnada dənizdə bir nəfər batdı

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) &...

Zelenski Kiyevdə İsrail XİN başçısını qəbul edib

Kiyevə ilk səfərini edən İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...